19 iyun 2023, 16:55

Adış Əlicanovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatlar, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

Mən aztəminatlı ailənin üzvüyəm, 2 oğlum gözdən əlil, oğul nəvəm autizm xəstəsi, qız nəvəm isə talassemiya xəstəsidir.

Ailə vəziyyətimlə bağlı müraciətimdən sonra qısa müddət ərzində bizim üçün 3 otaqlı fərdi ev tikildi və ailəmə təqdim olundu. Ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur. Bu, Sizin yüksək diqqətinizin, qayğınızın bariz nümunəsidir.

Sizin ölkə əhalisinin rifahını yaxşılaşdırmaq istiqamətində atdığınız addımların əsas hissəsini sosial tədbirlər təşkil edir. Ölkəmizdə aztəminatlı ailələrə dövlət qayğısı ilbəil artır, buna görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əlicanov Adış

Azərbaycan Respublikası, Masallı rayonu, Banbaşı kəndi.