21 iyun 2023, 18:00
Samid Cəfərovdan, Şirvan, Azərbaycan
Möhtərəm Prezidentimiz!
Sizin təhsilin inkişafına göstərdiyiniz böyük diqqət və qayğı bir daha təsdiqləyir ki, bu sahə dövlətimiz üçün yenə də prioritetdir və təhsilə qayğı dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu proses təkcə paytaxt Bakı ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Son 20-25 ildə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları əsaslı təmir olunmuşdur. Pedaqoji kollektivlər və şagirdlər üçün şərait yaxşılaşdırılmış, təhsilə əlçatanlıq asanlaşdırılmışdır.
Bir təhsil işçisi olaraq, Sizə şəxsən minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Cəfərov Samid
Azərbaycan Respublikası, Şirvan şəhəri.