24 iyun 2023, 13:48

Şəhid atasından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mənim oğlum Hüseynov Eşqin Vətən müharibəsi şəhididir. O, 2018-ci ildə hərbi xidmətini başa vurmuş, hərbiyə olan marağına görə 2020-ci ildə 2 ay kurs keçdikdən sonra N saylı hərbi hissədə xidmət etmişdir. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya-topçu kimi qəhrəmancasına vuruşaraq sentyabrın 29-da şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün oğlum Sizin sərəncamlarınızla “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Cənab Prezident, bu yaxınlarda əsən güclü külək nəticəsində oğlumun məzar daşı yararsız hala düşmüşdü. Qısa müddət ərzində onun məzarı çox yaxşı bərpa olundu. Şəhidlərimizin ruhuna olan ehtiramınıza görə çox sağ olun!

Biz şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Sizin qayğınızı daim hiss edirik.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmət və ehtiramla,

Hüseynov Cəsarət Hüseyn oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.