25 iyun 2023, 19:23

Mədinə Nəcəflidən, Tərtər, Azərbaycan

Əziz İlham baba.

Mən bu ilin sentyabrında 1-ci sinfə gedəcəyəm. Ailəmizdə hamı mənə uğurlar arzulayır, məktəbli olacağım üçün sevinirlər. Mən də çox sevincli və həyəcanlıyam.

Evimiz şəhid Şikar Şikarov adına Tərtər şəhər 5 saylı tam orta məktəbin yaxınlığındadır. Mən çox sevinirəm ki, məktəbin yeni binası tikilir və biz belə gözəl, yeni məktəbdə oxuyacağıq.

Çox sağ olun, İlham baba. Biz Sizi çox sevirik. Nə yaxşı ki, Sizin kimi uşaqları çox sevən babamız var.

Mən də söz verirəm ki, həmişə “beş” alacağam, dərslərimi yaxşı oxuyacağam.

Hörmətlə,

Sizi çox sevən nəvəniz - Nəcəfli Mədinə Ülvi qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu.