03 iyul 2023, 18:11

Kamil Hüseynovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə qurulan yeni, müasir yollar Azərbaycanın simasını başdan-başa dəyişir. Bu yollar ölkə iqtisadiyyatının inkişafına xidmət etməklə yanaşı, insanların rahatlığını təmin edir. Artıq ucqar rayonlardakı yollarımız da inkişaf edən ölkələrin yollarından geri qalmır. Bu isə Sizin diqqətiniz və qayğınız nəticəsində baş verir.

Siz bölgələrin inkişafına böyük dəstək verirsiniz. Buna görə də avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.

Müraciətimiz əsasında yaşadığımız ərazidə də yollar qısa müddətdə təmir edildi. Artıq uşaqlar məktəbə, sakinlər isə mənzil başına tozlu yolla deyil, rahat, müasir yolla gedirlər.

Cənab Prezident, Sizə bu qayğıya görə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Hüseynov Kamil Ağahüseyn oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu.