06 sentyabr 2012, 14:42
Məmmədsəfa Məmmədovdan, Astara, Azərbaycan
Hörmətli Prezident!
Siz Ramil Səfərovu Azərbaycana gətirtdirib əfv etməklə çox böyük humanistlik etdiniz. Bu cür humanistlik Sizə ulu öndərimiz, unudulmaz Heydər Əliyevdən miras qalmışdır. Siz o dahi şəxsiyyətin yolu ilə gedərək, xalqımızı işıqlı gələcəyə aparırsınız. Siz Astara rayonunda səfərdə olarkən Sizinlə şəxsən görüşmüşəm. Bu unudulmaz anlar heç vaxt yadımdan çıxmır və çıxmayacaqdır. Sizə uzun ömür, cansağlığı arzulayıram. Sizin verdiyiniz bu Sərəncamı Azərbaycan xalqı alqışlayır. Bir hacı kimi təşəkkürümü bildirirəm.
Hörmətlə,
Məmmədov Məmmədsəfa Murad oğlu
Azərbaycan Respublikası, Astara rayonu, Şüvi kəndi.