08 iyul 2023, 16:00

Ramil Məmmədovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim yaşadığım Masallı rayonunun Köhnə Zuvand kəndi ən ucqar dağ relyefli kəndlərdən biridir. 2016-cı ildə tikilərək istifadəyə verilən ümumi orta məktəbin mürəkkəb dağ relyefində yerləşməsi kəndin aşağı hissələrində yaşayan məktəblilərə, müəllimlərə müəyyən çətinliklər yaradırdı. Sizin diqqət və qayğınız sayəsində tikilən dəmir konstruksiyalı 300 pilləlik pilləkən Qurban bayramı ərəfəsində sözügedən ərazidə istifadəyə verildi. Bu pilləkən kənd sakinləri tərəfindən “təhsil pilləkəni” adlandırılmışdır.

Cənab Prezident, ölkəmizin inkişafını və vətəndaşlarımızın sosial rifahını özündə ehtiva edən Ulu Öndərimizin siyasətini layiqli şəkildə davam etdirdiyinizə görə Sizə kənd sakinləri adından minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Məmmədov Ramil,

Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Zuvand kəndi.