08 iyul 2023, 13:09

Fikrət Həsənovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Masallı rayonunun Böyük Kolatan kəndində yaşayan qardaşımın övladının və digər qohumumun sosial durumlarının qənaətbəxş olmaması və sağlamlıqlarında problemlərin yaranması onların yaşayış şəraitinə ciddi təsir göstərirdi. Ailələrin heç yerdən gəliri olmadığına görə çətinliklə üzləşmişdilər.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin hər zaman əhalinin həssas təbəqəsinə diqqət və qayğınız hiss olunur. Belə ki, hər iki qohumum 2023-cü ilin yanvar ayından mütəmadi olaraq maddi yardımla təmin olunurlar. Sözügedən yardım rayonun bütün kəndlərində eyni kateqoriyadan olan şəxslərə də şamil olunur.

Cənab Prezident, bu cür həssas qrupdan olan vətəndaşları daim diqqətinizdə saxladığınız üçün qardaşımın ailəsi daxil olmaqla, bütün aztəminatlı ailələr adından Sizə, Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Həsənov Fikrət

Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Kolatan kəndi.