12:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
18 mart 2025, 12:23İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsili üçün Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr vermişdir.
Həmin təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında xarici ölkə vətəndaşlarına təhsil qrantının verilməsi istiqamətində növbəti mərhələyə keçid beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir edəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının layiqli mövqe qazanmasında müstəsna rolunu nəzərə alaraq, ali təhsil müəssisələrində əcnəbilərin təhsilinə dəstək vermək məqsədilə qərara alıram:
1. Aşağıdakı ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilsin:
1.1. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr;
1.2. Qoşulmama Hərəkatına üzv ölkələr;
1.3. İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr;
1.4. xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələr.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı:
2.1.2024—2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində verilir;
2.2. Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydasını və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, hər il may ayının 1-dən gec olmayaraq, bu Sərəncamın 1.1-1.4-cü bəndləri üzrə təhsil qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirsinlər.
5. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə əcnəbilərin təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və 2024-2025-ci tədris ilindən başlayaraq həmin ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının dövlət büdcəsindən bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin ödənilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2023-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
18 mart 2025, 12:23Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə...
18 mart 2025, 12:11Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən...
18 mart 2025, 10:26Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Azərbaycan...
18 mart 2025, 09:38Hörmətli xanım Prezident,
Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması...
17 mart 2025, 15:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının prokurorluq orqanlarında...
17 mart 2025, 12:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi...
17 mart 2025, 10:40Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının...
15 mart 2025, 20:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...
15 mart 2025, 11:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və...
15 mart 2025, 11:16