11 sentyabr 2012, 12:35
Seyid Yusif Ağa Əliyevdən, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun vətənimizə gətirilməsi və cəzasının qalan hissəsindən azad edilməsi barədə verdiyiniz əfv Sərəncamı bizim Ağdam rayon sakinlərini, o cümlədən din xadimlərini, haqqa, ədalətə inanan insanları çox sevindirdi. Əminik ki, yaxın vaxtlarda Sizin rəhbərliyinizlə Qarabağ torpaqları düşməndən azad ediləcək, yurdumuzda əmin-amanlıq bərpa olunacaq, hamı öz evinə qayıdacaqdır. Allah Sizi qorusun.
Hörmətlə,
Seyid Yusif Ağa Əliyev,
Ağdam rayonu Çəmənli kəndi, Seyid Lazım Ağa Ziyarətgahının mütəvəllisi.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.