İntiqam Ağalarovdan, Zərdab, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində yorulmadan həyata keçirdiyiniz müstəqil, milli maraqlara əsaslanan müdrik siyasətiniz nəticəsində ölkəmiz regionun güclü lider dövlətinə çevrilib.
Hər zaman böyük həvəslə izlədiyim çıxışlarınızda daim sahibkarlara dəstək olacağınızı qeyd edirsiniz. Siz sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmək üçün dünya təcrübəsində özünü doğrultmuş iqtisadi siyasətə üstünlük verirsiniz. Məhz Sizin sayənizdə sahibkarlara mane olan bütün problemlər aradan qaldırılır.
Dəstəyiniz nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bir sahibkar kimi əhatə olunduğumuz diqqət və qayğıya, yaradılmış sağlam rəqabət mühitinə və şəffaflığa görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Ağalarov İntiqam
Azərbaycan Respublikası, Zərdab rayonu, Məmmədqasımlı kəndi.