Kəndəbil kənd sakinlərindən, Zərdab, Azərbaycan
Hörmətli cənab Prezident.
Müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır, yeni parklar salınır, yollar təmir edilir.
Cənab Prezident, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığımız kənd də daxil olmaqla Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamınız hamımızı sevindirdi. Bu Sərəncama, həmçinin rayonumuzda həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.
Çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Abdullayev Bəylər,
Cəbrayılov Afiq,
Dəmirov Asif,
Əhmədov Sərvət,
Qasımov Anar və başqaları (32 nəfər).
Azərbaycan Respublikası, Zərdab rayonu, Kəndəbil kəndi.