Ağabağı kənd sakinlərindən, Zərdab, Azərbaycan
Hörmətli cənab Prezident.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik strategiyasının möhkəm siyasi özülü üzərində qurulmuş siyasətiniz vətəndaşların firavan həyat səviyyəsini təmin edir. Azərbaycanın bugünkü uğurlarının təməlində bu amilin danılmaz rolu vardır. Qarabağ müharibəsini qalibiyyətlə başa vurduqdan sonra bölgədə aparılan abadlıq və quruculuq işləri işıqlı gələcəyə olan ümidlərimizi daha da artırır, zaman keçdikcə arzularımızın gerçəkləşməsinin şahidi oluruq.
Cənab Prezident, bu günlərdə imzaladığınız Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamınız kəndimizin sakinlərinin arzusunu gerçəkləşdirdi.
Sakinlərimizin ürəyincə olan, onlarda məmnunluq yaradan Sərəncama görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Əhmədov Araz Alim oğlu,
Mikayılov Vahid Xudu oğlu,
Rəcəbov Rəcəb Abış oğlu,
Şıxıyev Nuru Səfər oğlu,
Qəhrəmanov Əlişah Osman oğlu və başqaları (28 nəfər).
Azərbaycan Respublikası, Zərdab rayonu, Ağabağı kənd sakinləri.