Telman Əliyevdən, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
Xalqların, dövlətlərin tarixində həmişə xilaskar, onun tarixini yaşadan qəhrəmanlar olmuşdur. Azərbaycan dövlətinin bütövlüyünün qorunmasında, müstəqilliyimizin bərpa edilməsində misilsiz xidmət, hünər göstərmiş Ulu Öndər, Ümummilli Lider, atanız Heydər Əliyev də, onun siyasətini layiqincə davam etdirərək misilsiz zəfərlər qazanan Siz də xalqımızın qürur yerisiniz. Biz daim Sizinlə fəxr edəcəyik.
Siz Azərbaycan dövlətinin ən çətin vaxtlarında bütün sınaqlardan uğurla çıxaraq Vətənimizin zəfər tarixini yazdınız.
Bütün həyatınızı, yüksək bilik və bacarıqlarınızı, mükəmməl idarəçilik qabiliyyətinizi dövlətimizin güclənməsinə həsr edərək xəyal etdiyimiz arzularımızı gerçəkləşdirdiniz.
Siz Ata vəsiyyətini həyata keçirərək misli görünməyən uğurlara imza atdınız. Buna görə xalqımız Sizə əbədi olaraq minnətdardır.
Hər zaman xalqımızın başında var olasınız!
Sizin uğurlu siyasətinizin nəticəsi kimi bölgələr günü-gündən inkişaf edir. Bizim Ağdam rayonu bu inkişafın bariz nümunəsidir. Ağdamın işğaldan azad olunan əraziləri böyük tikinti meydançasını xatırladır. Rayondakı bütün yollara asfalt çəkilir, rahatlığımız təmin edilir.
Bütün bunlara görə bir ağsaqqal kimi sakinlər adından Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Hörmətlə,
Əliyev Telman Əli oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Ballar kəndi.