Orxan İsmayılovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin tərəfinizdən əhalinin sosial rifahı naminə aparılan siyasətin nəticəsi olaraq Gəncə şəhərinin səhiyyə sahəsində təqdirəlayiq və müsbət dəyişikliklər baş vermişdir. Səhiyyənin inkişafı, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, insanların sağlamlığının qorunması istiqamətində görülən işlər Gəncə sakinlərində razılıq yaratmışdır.
Səhiyyəmizin idarəetməsində insanpərvərlik, qayğıkeşlik, problemlərin yerində həlli kimi mütərəqqi keyfiyyətlər müsbət haldır. Gəncə şəhərinin səhiyyə ocaqlarında islahatların aparılması, xəstəxanaların müasir səhiyyə avadanlıqları ilə təchizatı, vətəndaşların səhiyyə xidmətlərindən istifadəsinin genişləndirilməsi və əlçatanlığının təminatı sahəsində görülən işlər Gəncə şəhərinin sosial-iqtisadi inkişafına da öz töhfəsini verir. Həkimlərimizin vətəndaşlara qarşı mehriban davranışı, xüsusən Vətən müharibəsi qazilərinə və şəhid ailələrinin üzvlərinə olan həssas və qayğıkeş münasibət, işdə xalqa xidmət prinsipinin rəhbər tutulması vətəndaş məmnunluğunun yaranmasına xidmət edir.
Hörmətli cənab Prezident, respublikamızın inkişafı və xalqın sosial rifah səviyyəsinin daim yaxşılaşdırılması istiqamətində gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
İsmayılov Orxan
Azərbaycan Respublikası, Gəncə şəhəri.