“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

24 iyul 2023, 14:44

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12 (I kitab), maddə 2200; 2018, № 4, maddə 644, № 7 (I kitab), maddə 1385; 2019, № 1, maddə 36; 2020, № 7, maddə 842; 2021, № 6 (I kitab), maddə 542; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 817-VIQD nömrəli Qanunu) 26-1.1-ci maddəsində “elmi təşkilat” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddələr 282, 293; 2001, № 12, maddə 731; 2003, № 10, maddə 539; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561; 2008, № 7, maddə 602; 2016, № 11, maddə 1764; 2019, № 5, maddə 797; 2020, № 7, maddə 826; 2021, № 6 (I kitab), maddə 536, № 7, maddə 706, № 8, maddə 896, № 10, maddə 1093, № 11, maddə 1200; 2022, № 11, maddə 1241) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci maddənin ikinci hissəsinin ikinci abzasından “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri və “və elmi təşkilatın magistratura səviyyəsini” sözləri çıxarılsın;

2.2. 3-cü maddənin ikinci hissəsinin beşinci abzasından “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri çıxarılsın.

Maddə 3. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 235, 237, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 6, maddə 396, № 10, maddələr 761, 779; 2007, № 5, maddə 442, № 10, maddə 938; 2008, № 8, maddə 695; 2009, № 6, maddə 398; 2014, № 10, maddə 1169; 2015, № 2, maddə 102; 2017, № 6, maddə 1022, № 12 (I kitab), maddə 2204; 2018, № 7 (I kitab), maddə 1384; 2022, № 8, maddə 833; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 809-VIQD nömrəli Qanunu) 14-cü maddəsinin dördüncü hissəsində “elmi təşkilat” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038; 2013, № 6, maddə 615; 2015, № 11, maddə 1280; 2017, № 5, maddə 690; 2018, № 10, maddə 1965; 2019, № 3, maddə 378, № 7, maddə 1183; 2021, № 6 (I kitab), maddə 543; 2022, № 8, maddə 826; 2023, № 1, maddə 21; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 816-VIQD nömrəli Qanunu) 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsinə “dövlət orqanlarının” sözlərindən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elmi müəssisə və təşkilatlarının” sözləri əlavə edilsin.

Maddə 5. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908; 2020, № 5, maddə 507, № 6, maddə 670, № 7, maddə 827, № 11, maddə 1330, № 12 (I kitab), maddə 1425; 2021, № 8, maddə 897, № 11, maddə 1200) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci maddənin on ikinci abzasından “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri çıxarılsın;

5.2. 5-ci maddə üzrə:

5.2.1. birinci hissədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində,” və “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri çıxarılsın;

5.2.2. ikinci hissənin birinci cümləsindən, üçüncü və dördüncü hissələrdən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri çıxarılsın;

5.2.3. beşinci hissənin birinci cümləsindən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri və ikinci cümləsindən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri çıxarılsın;

5.2.4. altıncı hissədən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri çıxarılsın;

5.3. 7-ci maddənin birinci hissəsinin birinci cümləsindən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri və ikinci hissəsinin birinci cümləsindən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri çıxarılsın.

Maddə 6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338; 2021, № 3, maddə 210; 2022, № 5, maddələr 433, 440; 2023, № 2, maddə 190) 21.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

Maddə 7. Bu Qanunun 2-ci və 5-ci maddələri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07