Mahmud Əsgərovdan, Cəlilabad, Azərbaycan
Möhtərəm Prezident!
Müdafiə Nazirliyinin zabiti, Azərbaycan xalqının igid oğlu və hamımızın fəxrimiz Ramil Sahib oğlu Səfərovun Azərbaycana qayıtmasına nail olduğunuz və onun əfvi barədə Sərəncam imzaladığınız üçün Sizə Cəlilabad rayon ruhani və dindarları adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Sizin atdığınız bu addım Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi dəyərləndirilir. Sizin bu addım erməniləri necə məyus edibsə, inşallah, Qarabağ torpağımızın azadlığı uğrunda göstərdiyiniz səylər onları daha da məyus edəcəkdir və bu müqəddəs yolda Sizə Allahdan cansağlığı və müvəffəqiyyətlər arzu edirik.
Cəlilabad rayon ruhaniləri və dindarları adından, dərin hörmətlə, Əsgərov Mahmud Xanhüseyn oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu.