Murad Rəhimzadədən, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Qarabağda aparılan quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası ilə bağlı Sizə minnətdarlıq duyğularımı çatdırıram.
Əziz Prezidentimiz, bu günlərdə biz çox sevincli və qürur dolu anlara şahid oluruq. Sizin Ali Baş Komandanlığınızla rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz Qələbə nəticəsində, bu gün 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaranıb.
Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin davam etdirdiyiniz strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Bu əziz günlərdə bizim əhvalımız daha da gözəldir. Çünki haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə bizi sınaq anında yumruq kimi birləşdirərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsməyimizdə, yurdumuzu bədxah düşməndən təmizləməkdə xalqımızla birlik olmusunuz. Verdiyiniz dəstək və inam üçün Sizə bir vətəndaş kimi minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edərək Şirvan şəhərinə olan diqqət və qayğınız üçün də Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Şəhər sakini olaraq bu gün Şirvanda yenidən qurulan Füzuli parkı, abad məhəllələr, işıq sistemlərinin yenidən qurulması, salınan yaşıllıq zolaqları şirvanlıların zövqünü oxşayır.
Cənab Prezident, Sizə və Mehriban xanıma xoş günlər arzu edirəm.
Hörmətlə,
Rəhimzadə Murad
Azərbaycan Respublikası, Şirvan şəhəri.