29 iyul 2023, 12:16

Hidayət Paşayevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən bir vətəndaş olaraq Sizə öz təşəkkürümü bildirmək üçün ürək sözlərimi yazıram.

Siz və atanız öz ömrünüzü xalqımızın rifahının yaxşılaşdırılmasına həsr etdiniz. Hər bir Azərbaycan vətəndaşı bilir ki, Siz bütün çətinliklərə sinə gərib ölkəmizin inkişafı üçün çalışırsınız.

Mən Sizin çəkdiyiniz zəhməti, əziyyəti dəyərləndirir, qətiyyətinizi, əzminizi qiymətləndirirəm.

Cənab Prezident, öz ömrünüzü bizə, xalqımıza həsr etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Paşayev Hidayət Fəqan oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.