29 iyul 2023, 16:40

Aqil Əmirovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin tərəfinizdən əhalinin sosial rifahı naminə aparılan siyasətin nəticəsi olaraq ölkəmizdə bütün sahələrdə, o cümlədən penitensiar müəssisələrdə də təqdirəlayiq və müsbət dəyişikliklər baş vermişdir. İslah vasitələrindən biri kimi ictimai faydalı əməkdən səmərəli istifadə üçün cəzaçəkmə müəssisələrində istehsalatın dirçəldilməsi, məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunması, onların şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər məhkumların valideynlərində də razılıq yaratmışdır.

Məhkumların sağlam, azad cəmiyyətə qovuşmaları, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına, adət-ənənələrə hörmət və ehtiramla yanaşmaları, hüquq və azadlıqlara hörmət etmələri, şəxsi təhlükəsizliklərinin təmini istiqamətində atılan addımlara görə bütün məhkum valideynləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

 

Hörmətlə,

Əmirov Aqil

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.