Mövlud Süleymanlıdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ədəbiyyatımızın inkişafında çoxillik əməyimə qiymət verərək “Şərəf” ordeni ilə təltif etməyiniz məni çox şərəfləndirdi.
Bu diqqəti mən yaradıcılıq boyu hiss etmişəm. Əlli il bundan öncə Ulu Öndər Heydər Əliyev milli ruhda təqdim olunmuş “Dəyirman” əsərimə görə qarşılaşdığım şər-böhtanlardan məni qorudu. Bir yazıçı kimi həmişə Heydər Əliyevin və Sizin diqqətinizi və qayğınızı hiss etmişəm.
Sizin beynəlxalq arenada və böyük Türk dünyasında döyüşlər sərkərdəsi və fatehi kimi tanınmanız, xalqımızın tarixi torpaqlarının bərpası və adının yüksəlməsi bizim ədəbi ruhumuzun yenidən dirçəlməsinə böyük töhfə verdi.
Şəxsən öz adımdan və ailəmizin adından Sizə dərin təşəkkürümü bildirirəm.
Dərin ehtiramla,
Süleymanlı Mövlud, Xalq yazıçısı.
Azərbaycan Respublikası, Bakı şəhəri.