“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

31 iyul 2023, 12:20

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2 (I kitab), maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287; 2019, № 1, maddələr 27, 48; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 897; 2022, № 11, maddə 1231) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddəyə “bu Qanundan,” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 4.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.

3. 4.5-ci, 22.1.7-ci, 24.1.6-cı, 26.2-ci, 27.3-cü, 28.1-ci, 28.4-cü, 28.6-cı, 28.7-ci, 29.2-ci, 30.2-ci, 31.2-ci, 31.4-cü, 34.1-ci, 34.2-ci (hər iki halda) maddələrdə, 34.3-cü maddənin birinci abzasında, 34.4-cü, 34-1.3-cü, 40.2-ci maddələrdə, 48-ci maddənin mətnində, 52-1.3-cü, 57.1-ci, 58.4-cü, 58.5-ci, 63-3.0.2-ci, 63-4.3-cü, 63-4.4-cü maddələrdə, 63-9-cu və 69-cu maddələrin mətnində və 73.1-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

4. 9.3-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

5. 12.2-ci maddədən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsində nəzərdə tutulandan əlavə,” sözləri çıxarılsın.

6. 16-cı maddə üzrə:

6.1. 16.2-ci maddənin ikinci cümləsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan” sözləri ilə əvəz edilsin;

6.2. 16.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir.”.

7. 17.1.4-cü maddəyə “arayış” sözündən sonra “(o cümlədən elektron formada)” sözləri əlavə edilsin.

8. 22.1.3-cü maddəyə “əmlaka” sözündən əvvəl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinin tələbini nəzərə almaqla,” sözləri əlavə edilsin və həmin maddədən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı” sözləri çıxarılsın.

9. 24.1.4-cü maddədə “bu məqsədlə” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

10. 32-ci maddə üzrə:

10.1. 32.2-ci maddədə “və ya zərərçəkən üçüncü şəxs” sözləri “, zərərçəkən üçüncü şəxs və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı” sözləri ilə əvəz edilsin;

10.2. 32.3-cü maddəyə “halda isə sığorta olunan” sözlərindən sonra “və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı” sözləri əlavə edilsin.

11. 34-cü maddənin adında, 63-3.0.11-ci, 63-5.3-cü və 63-6.3-cü maddələrdə “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri “Mərkəzi Bankla” sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 34-1.4-cü maddə əlavə edilsin:

“34-1.4. İnformasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.”.

13. 34-2.0.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34-2.0.11-ci maddə əlavə edilsin:

“34-2.0.11. bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışda əks olunan məlumatlar.”.

14. 34-3.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin maddədən “Büronun iştirakçısı olan” sözləri çıxarılsın və həmin maddəyə “sığortaçılar,” sözündən sonra “müstəqil ekspertlər,” sözləri əlavə edilsin.

15. 34-4-cü maddə üzrə:

15.1. 34-4.0-cı, 34-4.0.1 – 34-4.0.4-cü maddələr müvafiq olaraq 34-4.1-ci, 34-4.1.1 – 34-4.1.4-cü maddələr hesab edilsin;

15.2. 34-4.1.1-ci maddəyə “protokol” sözündən sonra “, baş vermiş sığorta hadisəsi ilə əlaqədar bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayış” sözləri əlavə edilsin;

15.3. 34-4.1.2-ci maddədə “, həmçinin ümumiləşdirilmiş məlumatlar” sözləri “və ümumiləşdirilmiş məlumatlar, habelə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatlar” sözləri ilə əvəz edilsin;

15.4. 34-4.1.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

15.5. 34-4.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34-4.1.5-ci, 34-4.1.6-cı və 34-4.2-ci maddələr əlavə edilsin:

“34-4.1.5. Büronun iştirakçısı olmayan sığortaçılar – özlərinin bağladığı könüllü sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisəsi ilə əlaqədar bu Qanunun 58.4-cü maddəsində nəzərdə tutulmuş arayış barədə məlumatlar;

34-4.1.6. müstəqil ekspertlər – bu Qanunun məqsədləri üçün zərərin qiymətləndirilməsində iştirak etdiyi sığorta hadisəsi barədə informasiya sisteminin informasiya ehtiyatında olan məlumatlar.

34-4.2. Büro Mərkəzi Bankla razılaşdırmaqla bu Qanunun 34-4.1.5-ci və 34-4.1.6-cı maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq olaraq onun iştirakçısı olmayan sığortaçılara və müstəqil ekspertlərə təqdim edilməsi şərtlərini və qaydasını müəyyən edir.”.

16. Aşağıdakı məzmunda 34-5-ci maddə əlavə edilsin:

“Maddə 34-5. Büronun ləğvi

Büro xüsusi qanunla ləğv edilə bilər. Bu zaman həmin qanunda informasiya sisteminin idarə olunması və istifadəsi qaydası müəyyən olunmalıdır.”.

17. 50.2-ci və 75-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.”;

“Maddə 75. İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət

Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları, sığortaçılar tərəfindən icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət isə Mərkəzi Bank tərəfindən həyata keçirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07