“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

02 avqust 2023, 12:59

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904; 2020, № 3, maddə 227, № 5, maddə 521, № 12 (I kitab), maddə 1426; 2021, № 7, maddələr 697, 711; 2022, № 3, maddə 193, № 12, maddə 1393; 2023, № 1, maddə 10, № 2, maddə 216) 2.1-ci maddəsinə “Mülki Məcəlləsindən,” sözlərindən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07