Maral İmamverdiyevadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Siz 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğınızı heç zaman əsirgəməmisiniz.
Mən şəhid Asiman İmamverdiyevin həyat yoldaşıyam. Şəhid ailəsi kimi mənə göstərilən yüksək dövlət qayğısından çox razıyam. Gəncədə yaşayan digər şəhid ailələri də qayğı ilə əhatə olunub. Bir sözlə, dövlətin şəhid ailələrinə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Sizin rəhbərliyinizlə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İmamverdiyeva Maral Sabir qızı, şəhid ailəsi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.