07 sentyabr 2012, 15:10

E.Rzayevdən, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsində və dərhal əfv olunmasında atdığınız addımınıza görə Sizə öz minnətdarlığımızı bildiririk və Sizi bu münasibətlə təbrik edirik. Sizin xarici siyasətinizin bu uğuru ermənilər və erməni lobbisi üzərində növbəti qələbənizdir. Biz ümid edirik ki, yaxın zamanlarda bu qələbə Qarabağ torpaqları üzərində olacaq. Biz torpaqlarımızın Sizin rəhbərliyinizlə azad olunacağına inanır və Ali Baş Komandan kimi hər bir əmrinizə hazırıq.

Kürdəmir rayon Elektrik şəbəkəsinin kollektivi adından hörmətlə,

E.Rzayev
Azərbaycan Respublikası, Kürdəmir rayonu