05 avqust 2023, 13:32

Yadigar Kərimovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanda həyata keçirilən gənclər siyasətinin prioritet istiqaməti gənc nəslin məşğulluğunun artırılmasıdır. Siz bu strateji xətti uğurla davam etdirir, daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, onların zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışırsınız.

Gənclərin məşğulluğunun təmin edilməsi, eləcə də gənclər üçün əlavə iş yerləri yaradılması məqsədilə müxtəlif proqramların həyata keçirilməsi sevindirici haldır.

Müraciətimə operativ şəkildə baxılaraq oğlumun işlə təmin olunması məni çox sevindirdi. Buna görə təşəkkür edir, Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram.

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti kimi hər zaman bütün əmrlərinizi yerinə yetirməyə hazıram.

Hörmətlə,

Kərimov Yadigar İnqilab oğlu

Azərbaycan Respublikası, Goranboy rayonu, Xoylu kəndi.