Şəhla Əkbərlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin siyasətinizin əsas istiqamətlərindən biri də əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsidir. Azərbaycanda cəmiyyətin bir hissəsi olan əlillərə xüsusi dövlət qayğısı göstərilir. Bu diqqət və qayğı Sizin sayənizdə ilbəil artır.
Oğlum Camal Qarayevin səhhətində olan problemlərlə bağlı əlillik dərəcəsi almaq üçün müraciətindən sonra oğluma əlillik təyinatı verildi. Buna görə ailə üzvlərimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz hər zaman Sizin diqqət və qayğınızı öz üzərimizdə hiss edirik. Sizə uzun ömür, cansağlığı, ölkəmizin daha da inkişafı üçün fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Əkbərli Şəhla
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.