Hüseyn Ərəbovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz bütün dövlət qurumları qarşısında şəhid ailələrinin və qazilərin problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etmisiniz. Buna görə də Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərilir.
Mənim bacım qızı Ləyaqət Sadıqova Qarabağ müharibəsinin qazisidir. Mütəmadi olaraq müalicəyə ehtiyacı var. Bu yaxınlarda növbəti dəfə onun səhhətindəki problemlərlə bağlı klinikalardan birinə müraciət etdik. Həkimlərin səyi, gərgin əziyyəti sayəsində Ləyaqət sağlamlığına qovuşdu.
Möhtərəm Prezident, bütün bunlar Sizin şəhid ailələrinə, qazilərimizə olan diqqət və qayğınızın nəticəsidir. Ailəmiz adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, ölkəmizin daha da inkişafı üçün fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Ərəbov Hüseyn Fərman oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.