Pərvin Ömərov və başqalarından, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Yüksək beynəlxalq nüfuza malik olan ölkəmiz dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir.
Həyata keçirilən uğurlu strateji kurs ölkəmizin qüdrətinin daha da artmasına xidmət edir. Bu inkişaf bölgələrdə aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində də özünü göstərir.
Göyçayda son zamanlar aparılan abadlıq və quruculuq işləri zövq oxşayır, rayonumuzun simasına əlavə yaraşıq gətirir. Sakinlər də bu işlərdən məmnun qalır, Sizə təşəkkür edirlər.
Çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Ömərov Pərvin,
Xəlilov Xəlil,
Ağayev Nihad,
Kərimov Fərid,
Muradov Rəşad və başqaları (49 nəfər).
Azərbaycan Respublikası, Göyçay rayonu.