12 avqust 2023, 15:30

Şəhid bacısından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən şəhid Seymur Baxışovun bacısıyam. Bizim ailə hərbçi ailəsidir. Qardaşım 2016-ci il aprel ayının 3-də şəhid olmuşdur. Ailəliyəm, 2 oğlum var. Hazırda oğlumun biri hərbi xidmətdədir.

Bir şəhid və hərbçi ailəsi olaraq daim dövlətimizin diqqət mərkəzindəyik. Dövlətimiz öz qayğısını bizim ailədən heç zaman əskik etməyib. Daim bizim ailənin problemləri ilə maraqlanıblar, həllinə çalışıblar. İşlə təmin olunmağımda, torpaq sahəmizin sənədləşdirilməsində bizə kömək etdilər.

Xüsusilə qeyd etmək istəyirəm ki, biz şəhid ailələri hər zaman Sizdən dəstək görmüşük. Buna görə Sizə sonsuz minnətdaram.

Hörmətlə,

Baxışova Səbinə, şəhid bacısı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.