Tacəddin Mustafayevdən, Qazax, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Mən “Saloğlu” Mebel Firmasının təsisçisiyəm. Bu il avqustun 7-də Qazax rayonuna səfəriniz zamanı “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Venzana” mebel fabrikinin açılışında iştirak etdiyiniz üçün Sizə şəxsən öz adımdan və 600 nəfərlik “Saloğlu” heyəti adından dərin minnətdarlığımı bildirirəm. Bizə olan etimadınız, diqqətiniz və kollektiv içində bizə yeni şans verdiyiniz üçün Sizə təşəkkürlərimi bildirirəm.
“Saloğlu” və “Venzana” fabriklərinin xaricdəki satışları, bizim Avropa ölkələrinə genişmiqyaslı ixracatımız Sizin dəstəyinizin təzahürüdür. Xatırlatmaq istəyirəm ki, 2016-cı ildə Sizinlə olan görüşümüzdən sonra Gürcüstanın Batumi şəhərindəki mebel fabrikimizi Azərbaycana köçürdük.
Hörmətli Prezident, mən bir iş adamı, sahibkar kimi Sizi əmin edirəm ki, bu gün Sizin sahibkarlara verdiyiniz dəstəyin qarşılığı olaraq gələcəkdə yeni fabriklərin açılışı ilə Sizi sevindirəcəyik. Ölkəmizin çiçəklənməsi, sahibkarlığın inkişafı üçün yeni töhfələrimizin mütləq davamı gələcəkdir.
Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!
Hörmətlə,
Mustafayev Tacəddin, sahibkar.
Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.