17 avqust 2023, 18:20

Əfsanə Kazımovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin biz şəhid ailələrinə və müharibə əlillərinə daimi diqqətiniz danılmazdır. Hər zaman bizə dəstək olur, çətinə, dara düşəndə kömək əlinizi uzadırsınız. Üzləşdiyimiz problemlərlə əlaqədar Sizə ünvanladığımız müraciətlər hər zaman nəticə verib, bizə lazımi kömək göstərilib. Mən özüm şəxsən bunun əyani şahidi oldum.

Əziz Prezidentimiz, Sizin və Mehriban xanımın sayəsində övladım qardaş Türkiyə Respublikasında müayinə və müalicə olundu. Buna görə Sizlərə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun!

Hörmətlə,

Kazımova Əfsanə, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.