08 sentyabr 2012, 14:10

Sənan Hüseynzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Yazmaqda məqsədim bu günlərdə yaşadığım sevinc və fərəh hissimlə əlaqədar Sizə öz şəxsi vətəndaşlıq borcum olan təşəkkürümü bildirməkdir. İnsanlar adətən hər mənfi halda dövlətə öz şikayətlərini bildirməyə meyilli olurlar. Amma düşünürəm ki, ölkə başçısı olaraq verdiyiniz qərar, bizi heç gözləmədiyimiz halda bu dərəcədə sevindirən təşəbbüs üçün təşəkkür məktubları zəruridir. Bu, xalqla Prezident arasında həmrəyliyin mükəmməl nümunəsidir. Ramil Səfərovun azad olunması tamamən dövlətimizin təşəbbüsü ilə olmuşdur, bunda heç bir şübhəm yoxdur. Bu qərarınızla xalqımızın qeyrəti, millətimizin qüruru uğrunda azadlığından keçən zabitə sahib çıxan güclü dövlətimizin, o dövlətin məqbul şəkildə işləyərək dövlətçilik ənənəsini gündən-günə genişləndirən hökumətinin və nəhayət o hökumətin daim irəlini düşünən, uzaqgörən siyasət adamı, xalqının rəğbətini doğruldan Prezidentinin olduğunu təsdiqləmiş oldunuz. Qeyd etməliyəm ki, Millət olaraq sevinməyə ehtiyac duyduğumuz son zamanlarda beynəlxalq platformalarda qazandığımız uğurların verdiyi yüksək əhval-ruhiyyənin mislincə sevincini bu qərarınızla yaşadıq. Arzu edirəm, dövlətimizin gücünə, millətimizin iradəsinə, xalqımızın əzminə arxalanaraq tutduğunuz vəzifədə ən qısa zamanda Qarabağ Fatehi ünvanı alaraq bizləri bir daha hədsiz dərəcədə sevindirəsiniz.


Hörmətlə,

Hüseynzadə Sənan Tofiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 34.