21 avqust 2023, 14:47

Qulu Babayevdən, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin yeritdiyiniz uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, Azərbaycanın haqq səsi, əsl həqiqətlər dünya birliyinə daha dolğun çatdırılmışdır. Ölkəmizin xarici siyasəti ilə bərabər, diplomatiyası da uğurlar qazanır. Bir neçə gün bundan əvvəl növbəti dəfə bunun şahidi olduq. Hər işə min cür don geyindirən nadürüst Ermənistanın öz havadarları ilə birlikdə BMT Təhlükəsizlik Şurasına çıxardıqları “humanitar böhran” məsələsinin yalan və xülya olduğu, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığı aydın oldu. Əsl faktlar ortaya qoyulunca çirkin erməni xisləti növbəti dəfə ifşa edildi. Biz xalq olaraq bunu Sizin rəhbərliyinizlə Azərbaycanın xarici siyasətinin, diplomatiyasının, işgüzar və dürüst mövqeyinin növbəti təntənəsi hesab edirik.

Cənab Prezident, Azərbaycan diplomatiyasının qazandığı növbəti Qələbə münasibətilə Sizi alqışlayıram və hər zaman dəstəkləyirəm. Ailəm adından Sizə cansağlığı və daha böyük qələbələr arzulayıram.

Sizin sayənizdə Azərbaycanın səsi ucadan gəlir, daha yaxşı eşidilir. Ulu Tanrı hər zaman Sizi uca etsin!

Hörmətlə,

Babayev Qulu

Azərbaycan Respublikası, Zərdab şəhəri.