X.Ə.Həsənovadan, Sumqayıt, Azərbaycan
Hörmətli Prezidentimiz!
Müstəqil respublikamızın Prezidenti kimi apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz bu gün öz parlaq dövrünü yaşayır. Ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, təhsili inkişaf edir, müdafiə qabiliyyəti gündən-günə artır.
Bu da Sizin Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətinizin parlaq təzahürüdür.
Möhtərəm Prezidentimiz!
Vətənimizin qeyrətli oğlu Ramil Səfərovun azadlığa buraxılmasında apardığınız işə görə Sizə minnətdarlığımızı bildiririk. Siz bir daha bütün azərbaycanlıların Prezidenti olduğunuzu sübut etdiniz. Tanrı Sizi Azərbaycan xalqına çox görməsin. Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Həsənova X.Ə., Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.