07 sentyabr 2012, 14:55
Xalidə Talıbovadan, İmişli, Azərbaycan
Cənab Prezidentimizə təşəkkürlər!
Cənab Prezident!
Yazıb Sizə öz adımdan və ailəmin adından böyük təşəkkürümü bildirirəm. Ona görə ki, Siz cənab zabitimiz Ramil Səfərovu cəza evinə getmədən və cəza çəkmədən əfv etdiniz. Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi Azərbaycan xalqının üzərindən heç vaxt əskik etməsin. Siz nəinki mənə, həm də mənim kimi neçə insana sevinc bəxş etdiniz. Özüm iki azyaşlı uşaq anasıyam. Bir ana kimi Sizin qarşınızda baş əyirəm və minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Dərin hörmətlə,
Talıbova Xalidə.
Azərbaycan Respublikası, İmişli rayonu, Xiyabani küçəsi, ev 22