25 avqust 2023, 14:22
Ruslan Əliyevdən, Bakı, Azərbaycan
Cənab Prezident.
Mən Qarabağ müharibəsi əliliyəm. Mənim iki övladım Əlizadə Məryəm və Əliyev Murad Bakı şəhəri Nəsimi rayonu 159 nömrəli tam orta məktəbdə oxuyurlar. Dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqət sayəsində övladlarımız yaxşı məktəblərdə təhsil alırlar. Məktəbdə şagirdlərə milli adət-ənənələrimiz, multikultural və ümumbəşəri dəyərlər çox yaxşı aşılanır, şagirdlərin hərtərəfli formalaşmasına ciddi yanaşılır. Bir valideyn olaraq, bütün bunlar mənə çox xoş gəlir, qəlbimi fərəhləndirir.
Cənab Prezident, təhsil sahəsinə göstərilən diqqətə görə ailəmiz adından Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əliyev Ruslan, 2-ci qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Bakı şəhəri.