Şəhid anasından, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mən bir şəhid anası olaraq, ölkəmizdə şəhidlərin ruhunun uca tutulmasından, şəhid ailələrinə böyük diqqət göstərilməsindən razılığımı ifadə etmək istəyirəm. Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı, dövlətimiz tərəfindən həyata keçirilən davamlı sosial tədbirlər hər zaman bizi qəlbən sevindirir. Biz Vətən uğrunda şücaət göstərmiş şəhidlərimizin uca tutulması ilə təskinlik tapırıq.
Mənim şəhid övladım Mahir Bünyatovun adı rayonumuzdakı küçələrdən birinə verilmişdir. Bu günlərdə həmin küçədə abadlıq işlərinin həyata keçirilməsi və yolun asfaltlaşdırılması sevincimə səbəb oldu.
Cənab Prezident, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə “çox sağ olun!” deyirəm. Allah Sizi heç vaxt darda qoymasın!
Hörmətlə,
Bünyatova Zeynəb, şəhid anası.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.