Eldar Mustafayev və başqalarından, Şəki, Azərbaycan
Çox hörmətli Prezident, cənab İlham Əliyev!
Biz Şəki əhalisi və Şəkidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər ulu öndərimiz Heydər Əliyevə inandığı qədər Sizə də inanır, ölkəmizin rifahı, münaqişənin sülh yolu ilə həll edilməsi üçün apardığınız siyasəti dəstəkləyirik.
Avqustun 31-də Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və əfv olunaraq birbaşa azadlığa buraxılması xəbərini televiziyadan eşidib çox şad olduq. Biz Sizə inanmaqda haqlıyıq, inamımızda yanılmamışıq. Şükür Allaha ki, dövlətimizin sükanı Sizin kimi güclü, iradəli, Vətənini, xalqını sevən Prezidentin əlindədir.
Bu gün Ramil Səfərov kimi mərd Azərbaycan oğlunu ölkəmizə gətirib onu əfv etməyinizlə bir daha sübut etdiniz ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin layiqli varisisiniz. Bu gün Siz hamımızın əzizi və sevimlisisiniz. Eşq olsun Azərbaycanın layiqli Prezidenti İlham Əliyev cənablarına!
Var olsun Azərbaycan!
Var olsun Azərbaycan xalqı!
Yaşasın Azərbaycan dövləti, dövlətçiliyi, dövlətçiliyimizin yolunda kişi kimi mərd dayananlar!
İnanırıq ki, tezliklə müharibədə də qalib gələcəyik.
Şəki əhalisi, ziyalıları, ağsaqqalları, ağbirçəkləri, Şəkidə yaşayan məcburi köçkünlər adından dərin ehtiram və hörmətlə,
Mustafayev Eldar,
Əliyev Qoşqar,
Mustafayev Rəşad,
Rəsulov Bəxtiyar,
Hüseynov Səxavət,
Teymurova Rəna,
Mərzəliyeva Nərminə,
Əliyev Namiq (Xocalı),
Əliyev Elvin (Xocalı),
Nağıyev Cəsarət (Xocalı),
Əliyev Sərvan (Xocalı),
Əliyev Səxavət (Xocalı),
Mustafayeva Hüsniyyə,
Əliyev Vüqar,
Əliyev Samir,
Rəsulov Həsən,
Alməmmədov Həmid,
Mirəşov Ülvi,
Rəsulov Rəsul.
Azərbaycan Respublikası, Şəki şəhəri.