Eldar Əliyev və başqalarından, Astara, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizin ümumi sosial-iqtisadi inkişafı gələcəyə daha nikbin baxmağımıza əsas verir. Biz görürük ki, ildən-ilə həm regionların ümumi mənzərəsi yaxşılaşır, həm də əhalinin rifahı, vətəndaşlara göstərilən xidmət səviyyəsi yüksəlir.
Bu günlərdə mən – Eldar Əliyev qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunda oldum. Mən burada hörmət və izzətlə qarşılandım, müraciətimə diqqətlə yanaşıldı və lazımi kömək göstərildi. Həm mən, həm də adlarını məktubda qeyd etdiyim şəxslər hər birimizə göstərilən xidmətdən razı qaldıq.
Cənab Prezident, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Əliyev Eldar, 3-cü qrup hərbi əlil,
Həsənzadə Əli,
Əliyeva Nazimə,
Həsənova İradə
Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə qəsəbəsi.