04 sentyabr 2023, 15:26
Şəhid anasından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mənim oğlum Aydın Rüstəmov torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə şəhid olmuşdur. Bir şəhid anası olaraq, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə göstərdiyi həssas münasibətdən razılığımı bildirmək istəyirəm. Şəhid ailələrinə göstərilən diqqət onlara təsəlli verməklə yanaşı, gənc nəsildə vətənpərvərlik ruhuna da müsbət təsir göstərir.
Cənab Prezident, mənim ailəmə göstərilən maddi və mənəvi dəstəyə görə təşəkkür edirəm və Sizə “çox sağ olun!” deyirəm.
Hörmətlə,
Rüstəmova İradə, şəhid anası.
Azərbaycan Respublikası, Gəncə şəhəri.