Etibar Qasımov və başqalarından, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizə ən xoş arzularımızı bildiririk. Siz bizim qəlbimizdən 30 illik həsrəti sildiniz. Komandanlığınızla torpaqlarımız işğaldan azad olundu. Sizin uzaqgörən və müdrik siyasətinizin, Ordumuzun gücünün şahidi olduq.
Cənab Prezident, bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Tərtər rayonunun yaşayış məntəqələri düşmən tərəfindən mütəmadi atəşə tutulduğu üçün rayonun infrastrukturuna böyük ziyan dəymişdi. Ancaq indi Sizin diqqət və qayğınız sayəsində o dağıntılardan əsər-əlamət qalmayıb. Rayonumuz əvvəlkindən də gözəl olub. Yaşadığımız küçənin timsalında bunu daha aydın görürük.
Biz çoxmərtəbəli binada yaşayırıq. Binamız da, həyətimiz də tanınmaz dərəcədə dəyişib. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Cənab Prezident, görülən bütün bu işlərə, eyni zamanda, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Nə yaxşı ki, Sizin kimi xalqını sevən Prezidentimiz var. Biz Sizinlə qürur duyuruq.
Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Etibar Qasımov,
Emilya Fətullayeva,
Yelmar Quliyev və başqaları.
Azərbaycan Respublikası, Tərtər rayonu.