Elburus Hacıyevdən, Ağdam, Azərbaycan
Möhtərəm Prezident!
Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyevin davamçısı olaraq Siz güclü daxili və xarici siyasət yürüdərək xalqın tükənməz rəğbətini qazanmısınız.
Respublikamızın hər bir bölgəsi kimi Ağdam rayonunun da sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Hazırda yaşayış olan kənd və qəsəbələr də daxil olmaqla ümumilikdə rayon ərazisində avtomobil yollarının əsaslı təmiri və bərpa işləri həyata keçirilir.
Rayon sakini kimi deyə bilərəm ki, yaşadığım Quzanlı qəsəbəsində abadlıq işləri aparılıb, o cümlədən kommunal təminat, xüsusilə içməli su təchizatı yüksək keyfiyyətdə təşkil edilir. Məktəblərdə təmir işlərinin aparılması faktını da fəxrlə misal çəkmək istərdim. Bütün bunlar böyük Sərkərdəmizin bizə olan diqqətinin təzahürüdür.
Cənab Prezident, rayonumuza göstərdiyiniz qayğı və diqqətə görə, özüm və ailəm adından Sizə dərin minnətdarlığımı bildirir, Ulu Tanrıdan Sizə uzun ömür, uğurlu fəaliyyət arzulayıram.
Hörmətlə,
Hacıyev Elburus Baxşeyiş oğlu, Ağdam şəhər sakini.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.