09 sentyabr 2023, 13:15

Şəhid bacısından, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə səhiyyə sistemində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Xüsusilə, icbari tibbi sığortanın tətbiqini və səhiyyə sahəsində publik hüquqi şəxslərin yaradılmasını qeyd etmək istərdim. Bu addımlardan sonra Şirvan şəhər mərkəzi xəstəxanasında yaxşılığa doğru dəyişiklər hiss olunur, şəhər sakinləri tibbi xidmətlə daha yaxşı təmin edilir. Həkimlərin müayinə və müalicəsi nəticəsində insanların rifahı daha da yaxşılaşır. Bir sözlə bildirmək istəyirəm ki, bu dəyişikliklər şəhər sakinləri arasında müsbət aura yaratmışdır.

Mən və həyat yoldaşım diabet xəstəliyindən əziyyət çəkirik. Bununla əlaqədar lazımi dərmanlarla vaxtlı-vaxtında təmin olunuruq. Bunlar hamısı bir daha göstərir ki, ölkə sakinlərinə göstərilən qayğınız təqdirəlayiqdir. Mən şəhid bacısı olaraq, bunları gördüyüm üçün çox sevinirəm.

Odur ki, Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Süleymanova Səlimnaz Yadulla qızı, şəhid bacısı.

Azərbaycan Respublikası, Şirvan şəhəri.