09 sentyabr 2023, 16:32
Ağsaqqallar Şurasının sədrindən, Astara, Azərbaycan
Hörmətli cənab Prezident.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncam bütün astaralıların böyük sevincinə səbəb oldu.
Cənab Prezident, son illər Sizin diqqət və qayğınızla Astarada böyük abadlıq-quruculuq işləri həyata keçirilir və rayonumuz turizmin inkişafında önəmli rol oynayır. Yolların yenidən qurulması bu inkişafı daha da sürətləndirir. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Çox sağ olun.
Ulu Tanrı yar və köməyiniz olsun!
Hörmətlə,
Natiq İbadov, Astara rayon Ağsaqqallar Şurasının sədri,
Azərbaycan Respublikası, Astara şəhəri.