11 sentyabr 2023, 16:17
Ceyhun Mirzəyevdən, Astara, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə respublikamızın iqtisadi qüdrəti hər gün daha da artır. Şəhər və rayonlarımızda aparılan möhtəşəm tikinti və quruculuq işləri əhalinin rifahının və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edir.
Cənab Prezident, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında imzaladığınız 2023-cü il 8 sentyabr tarixli Sərəncam Astara rayonunun bütün sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Bu, Sizin bütün astaralılara olan diqqət və qayğınızın bariz nümunəsidir. Biz astaralılar Sizə hədsiz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun!
Hörmətlə,
Mirzəyev Ceyhun,
Azərbaycan Respublikası, Astara şəhəri.