14 sentyabr 2023, 13:51

Bir qrup kənd sakinindən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncama görə kəndimizin ağsaqqalları, ziyalıları və gəncləri adından Sizə minnətdarlığımızı bildiririk. Respublikamız üçün böyük əhəmiyyətə malik yolun yenidən qurulması Sizin diqqət və qayğınızın göstəricisidir. İnanırıq ki, bu yol cənub bölgəmizin, eyni zamanda, turizmin inkişafına yeni nəfəs verəcək. Çox sağ olun!

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da güclənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

İlham Ağayev,

İlqar Rufullayev,

Elnarə Mürsəlova,

Faiq Həsənov.

Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.