12 sentyabr 2023, 18:30

Özəl sektorun işçisindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz Azərbaycan gəncliyi daim Sizinləyik. Xarici və daxili düşmənlərimizə qarşı mübarizədə Sizin ətrafınızda bir yumruq kimi sıx birləşmişik. Sizin hər bir vətəndaşa göstərdiyiniz diqqət və qayğı bizi sevindirir.

Siz xalqın məhəbbətini, hörmətini qazanmış Rəhbərsiniz. Biz bu gün sabit və gözəl ölkədə yaşayırıq. Bütün bunlara görə şəxsən öz adımdan Sizə təşəkkür edirəm.

Biz gənclər hər zaman Sizinləyik.

Hörmətlə,

Şərifov Fərid, özəl sektorun işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.