Ceyhun Baxşıyev və Səfərəli Məmmədovdan, Astara, Azərbaycan
Möhtərəm cənab Prezident.
Cənub mirvarisi Astaraya diqqət və qayğının bünövrəsi Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Sizin uzaqgörən siyasətinizin tərkib hissələrindən birini təşkil etməklə regionlarin sosial iqtisadi və mədəni inkişafinın əsas göstəricilərindəndir.
Astara camaatı sevincli günlərini yaşayır. Astaradan Çayobaya qədər magistral yolun yenidən qurulması ilə əlaqədar vəsaitin ayrılması barədə verdiyiniz Sərəncam burada yaşayan əhalinin sosial-mədəni inkişafına, rifahına göstərdiyiniz qayğının bariz nümunəsidir.
Biz göstərilən bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı, dərin təşəkkürümüzü bildiririk.
Biz həmişə Sizinləyik.
Hörmətlə,
Baxşıyev Ceyhun,
Məmmədov Səfərəli.
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.