06 sentyabr 2012, 15:40

İslam Əliyevdən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident, Zati-aliləri!

Sizin Azərbaycanın igid oğlu Ramil Səfərovu əfv edərək məhkum olunduğu ömürlük həbs cəzasından azad etməyiniz bütün Azərbaycan vətəndaşları kimi biz Qazax rayonunda yaşayan bütün dindarları ürəkdən sevindirdi. Ramil Səfərovun məhkum olunduğu haqsız cəzadan azad olunması üçün çəkdiyiniz zəhmətlər öz bəhrəsini verdi. Ramil Səfərovu əfv etdiyinizə görə Qazax rayon dindarları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizin köməyiniz olsun!

Hörmətlə,

Əliyev İslam Vəli oğlu,

Qazax rayon Daş Salahlı kənd dini icmasının sədri
Azərbaycan Respublikası, Qazax rayonu